AzeriTech Group olaraq, müştərilərimizin texnoloji sistemlərinin sabit, təhlükəsiz və fasiləsiz işləməsini təmin etmək üçün peşəkar texniki dəstək və məsləhət xidmətləri təqdim edirik.
Hər bir layihədən sonra müştəri ilə davamlı əlaqədə qalırıq və texniki problemləri operativ şəkildə həll edirik.
Xidmətin əsas istiqamətləri:
1. Daimi Texniki Dəstək (Support Service)
Qurulmuş sistemlərin 24/7 monitorinqi
Problemlərin uzaqdan və ya yerində aradan qaldırılması
Server, şəbəkə və təhlükəsizlik sistemlərinin yoxlanması
Ehtiyat nüsxələrin (backup) idarə olunması
Təhlükəsizlik yeniləmələrinin və sistem optimizasiyasının aparılması
2. İT Məsləhət Xidməti (Consulting)
Şirkətin texnoloji vəziyyətinin analizi
İnfrastrukturun yenilənməsi və optimallaşdırılması üzrə tövsiyələr
Yeni layihələr üçün texniki planlama və avadanlıq seçimi
Kiber təhlükəsizlik, şəbəkə və sistem dizaynı üzrə konsultasiya
Layihə üçün texniki sənədlərin hazırlanması
3. Servis və Profilaktika İşləri
Avadanlıqların dövri texniki baxışı
Kamera, şəbəkə və server cihazlarının performans testləri
Kabel sistemlərinin və enerji təchizatının yoxlanması
Lazım gələrsə, avadanlığın təmiri və dəyişdirilməsi
4. Uzaqdan İdarəetmə və İzləmə (Remote Support)
İT mühitinə onlayn qoşulma ilə nasazlıqların diaqnostikası
Uzaqdan proqram yeniləmələri və sistem idarəetməsi
Müştərinin iş prosesini dayandırmadan texniki yardım