AzeriTech Group MMC tərəfindən qurulmuş şəbəkə və server infrastrukturu şirkətin daxili informasiya resurslarının təhlükəsiz, stabil və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə formalaşdırılmışdır.
Layihə çərçivəsində lokal şəbəkə arxitekturası planlaşdırılmış, server mühiti qurulmuş və istifadəçi idarəetməsi həyata keçirilmişdir. İnfrastrukturun dizaynında təhlükəsizlik, ehtiyatlılıq və genişlənə bilənlik prinsipləri əsas götürülmüşdür.
Qurulan sistem şirkətin gündəlik IT əməliyyatlarının səmərəli icrasını, məlumatların qorunmasını və texniki resursların mərkəzləşdirilmiş şəkildə idarə olunmasını təmin edir.