AzeriTech Group MMC — Azərbaycanın və regionun qabaqcıl IT xidmətləri və texnoloji həllər təminatçılarından biridir. Biz dövlət qurumları, korporativ şirkətlər və startaplarla çalışaraq informasiya texnologiyaları sahəsində kompleks həllər təqdim edirik.
Peşəkar şəbəkəmizi daha da genişləndirmək məqsədilə, IT sahəsində fəaliyyət göstərən podratçı şirkətləri və müstəqil mütəxəssisləri əməkdaşlığa dəvət edirik. Əməkdaşlığımız uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanır — etibar, şəffaflıq və qarşılıqlı inkişaf bizim üçün əsas dəyərlərdir.
💼 Kimlər müraciət edə bilər?
Biz aşağıdakı istiqamətlər üzrə təcrübəsi olan podratçılarla işləməyə açığıq:
IT texniki dəstək və xidmət göstərilməsi
Şəbəkə və server infrastrukturu qurulması
Proqram təminatının hazırlanması və inteqrasiyası
Kiber təhlükəsizlik və məlumat mühafizəsi
Bulud və virtualizasiya texnologiyaları
Layihə idarəetməsi və texniki konsultasiya
İT avadanlıq satışı
🎯 Niyə bizimlə əməkdaşlıq etməlisiniz?
Stabil və uzunmüddətli tərəfdaşlıq imkanı
Böyük korporativ müştəri bazası ilə işləmək fürsəti
Genişmiqyaslı IT layihələrdə iştirak
Ədalətli və şəffaf müqavilə şərtləri
Qarşılıqlı etimad və peşəkarlıq mühiti
🧾 Müraciət qaydası
Əməkdaşlıq üçün aşağıdakı formu dolduraraq şirkətiniz barədə qısa məlumat təqdim edin.
Müraciətiniz AzeriTech Group-un Biznes İnkişafı şöbəsi tərəfindən dəyərləndiriləcək və uyğunluq halında sizinlə əlaqə saxlanılacaq.
📌 Qeyd: Məlumatlar yalnız əməkdaşlıq məqsədi ilə istifadə olunur və üçüncü tərəflərlə paylaşılmır.