AzeriTech gənc mütəxəssislərin texnologiya sahəsində biliklərini praktiki təcrübə ilə zənginləşdirməsini dəstəkləyir. Təcrübə proqramlarımız, tələbələr və yeni məzunlar üçün nəzərdə tutulub və onları real layihələrdə işləməyə, komanda ruhunu öyrənməyə və peşəkar bacarıqlarını inkişaf etdirməyə imkan verir.
Proqramın üstünlükləri:
Real layihələrdə iştirak: Təcrübəçilər şirkətimizin fərdi və korporativ müştəriləri üçün icra olunan layihələrdə aktiv rol alır.
Mentorluq və dəstək: Hər təcrübəçiyə təcrübəli mütəxəssislər mentorluq edir, praktiki biliklərin inkişafına kömək edir.
Bacarıqların inkişafı: Proqram boyu texniki, idarəetmə və kommunikasiya bacarıqları təkmilləşdirilir.
Karyera perspektivi: Təcrübə proqramını uğurla bitirən iştirakçılar AzeriTech komandasında iş imkanlarına üstünlük qazanır.